...

Azərbaycanın xarici işlər naziri İKT-na üzv .lkələrin XİN rəhbərlərinin iclasında iştirak edir

Siyasət Materials 15 Mart 2006 13:26 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazziri Elmar Məmmədyarov martın 15-də Ciddədə keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin XİN rəhbərlərinin iclasında iştirak edir. Bu barədə Trend ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin müşaviri Mübariz İmanzadə eksklyuziv məlumat verib.

Diplomatın sözlərinə görə, iclasın gündəliyində islamofobiya elementlərinin kənarlaşdırılması və İKT-nın bu istiqamətdə fəaliyyəti məsələləri durur. Eləcə də nazirlər İraq və Fələstindəki vəziyyəti müzakirə edəcəklər. İclasın yekunlarına görə rəsmi sənədin qəbul ediləcəyi gözlənilir.

İclasın işində iştirak çərçivəsində Azərbaycanın xarici işlər nazirinin digər xarici ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti