...

Eldar Nuriyev: Baş Prokurorluq Əli İnsanov və Fərhad Əliyevin həbsdə qalması məqsədəmüvafiq hesab edir

Siyasət Materials 15 Mart 2006 14:25 (UTC +04:00)

İstintaq orqanı hesab edir ki, sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin həbsdə qalması daha məqsədəmüvafiqdir. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədris Mərkəzində keçirilçən mətbuat konfransında Baş prokurorun müavini Eldar Nuriyev məlumat verib.

E.Nuriyev bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan sabiq nazirlərin vəkilləri həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət ediblər. Lakin Baş prokurorluq müraciəti müsbət cavablandırmayıb. "Bunun da obyektiv səbəbləri var. Qanunvericiliyə görə, həbs edilən şəxs barədə qətimkan tədbiri onun törətdiyi cinayətin ağırlılığına görə seçilir. Əgər onun həbsdən azad edilməsi cinayətin açılmasına maneçilik törədərsə, həmin şəxsin istintaqdan qaçıb gizlənməsi istintaqçılarda ehtimal yaradarsa, bu zaman həbs qətimkan tədbirinin dəyişdirilməsi mümkünsüz olur. Yəni bütün hallarda

onların cinayətinin ictimai təhlükəliliyi və digər hallar barələrindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud qüvvəsində saxlanılmasında böyük rol oynayır" - deyə E.Nuriyev bildirib.

Xəbər lenti

Xəbər lenti