...

YAP nümayəndələri Çinə səfər edəcək

Siyasət Materials 15 Mart 2006 17:25 (UTC +04:00)

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri aprel ayında Çinə səfər edəcək. Bu barədə Trend ə Çinin Azərbaycandakı səfirliyində bildirilib.

Səfər Çin Kommunist partiyası rəhbərliyinin dəvəti ilə həyata keçiriləcək. Bu, cavab səfəri olacaq. Ötən il həmin partiyanın nümayəndələri Azərbaycana səfər edib.

"Yeni Azərbaycan" partiyası nümayəndələrinin Çinə səfəri zamanı hakimiyyətdə olan iki siyasi partiyanın əməkdaşlığı məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti