...

Azərbaycan prezidenti Qırğızıstanın dövlət katibini qəbul edib

Siyasət Materials 15 Mart 2006 19:09 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Qırğızıstanın dövlət katibi Dastan Sarıqulovu qəbul edib.

Trend in verdiyi xəbərə görə, görüş zamanı qonaq Azərbaycanın dövlət başçısına prezident Kurmanbek Bakiyevin məktubunu təqdim edib. Məktubda Azərbaycan Respublikasının ölkənin milli maraqlarının müdafiəsinə yönəlmiş tarazlaşdırılmış siyasətinin əsasının eks-prezident Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb və H.Əliyevin müasir tariximizdə Azərbaycanın üzləşdiyi çətin anlarda, o cümlədən, 20 Yanvar hadisəsi zamanı xalqımızın tarixi məsuliyyətinin müstəsna daşıyıcısı və milli lider olduğu qeyd edilib.

Daha sonra məktubda qardaş Azəröbaycanın qırğız xalqı üçün müasir inkişaf istiqamətinin mühüm mənbələrindən biri olduğu vurğulanıb.

Öz növbəsində, Azərbaycan prezidenti salamlara görə qonağa minnətdarlığını bildirib və D. Sarıqulovdan K.Bakiyevə onun da salamlarını çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın müxtəlif sahələrinin inkişafı məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti