...

Prezident türkiyəli millət vəkillərindən ibarət nümayəndə heyətini qəbul edib

Siyasət Materials 15 Mart 2006 20:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Dünya Azərbaycanlılarının II qurultayında iştirak etmək üçün Bakıya gələn türkiyəli millət vəkillərindən ibarət böyük nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, prezident qonaqları salamladıqdan sonra öz çıxışını Azərbaycan-Türkiyə dostluq əlaqələrinin möhkəmlənməsi və bu istiqamətdə geniş iş aparılması ilə başlayıb.

Dövlət başçısı qeyd edib ki, türkiyəli millət vəkillərinin Dünya Azərbaycanlılarının II qurultayında iştirak etmək üçün Bakıya gəlişi bir daha iki ölkə arasında olan birlik və dostluğun təcəssümünü ifadə edir. Prezident Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın tutduğu qəti mövqeyi bir daha türkiyəli deputatların nəzərinə çatdırıb. Bildirib ki, bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpək çıxış edərək hər iki dövlət arasındakı munasibətlərin inkişafından məmnun qaldıqlarını vurğulayıb. Digər çıxış edən türkiyəli deputatlar Azərbaycanın Cənubi Qafqazda tutduğu mövqeyi dəstəklədiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti