...

Qazaxıstan neftinin BTC ilə nəqlinə dair hökumətlərarası saziş 2006-cı ildə imzalana bilər

Siyasət Materials 16 Mart 2006 12:13 (UTC +04:00)
Qazaxıstan neftinin BTC ilə nəqlinə dair hökumətlərarası saziş 2006-cı ildə imzalana bilər

Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə nəqlinə dair sazişin hazırlanması üzrə Azərbaycan işçi qrupu hazırlanmış hökumətlərarası sazişə dəyişikliklərin edilməsi ilə bağlı ölkənin nazirlik və idarələrinin təkliflərini nəzərdən keçirir. Bu barədə baş nazirin müavini Abid Şərifov məlumat verib. O qeyd edib ki, dəyişikliklər texniki, o cümlədən bir sıra digər məsələlərlə bağlıdır. A.Şərifovun sözlərinə görə, bu saziş 2006-cı ildə imzalana bilər.

Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputovun məlumatına görə, neftin nəqlinə dair hökumətlərarası sazişin hazırlanması üzrə işçi qruplarının sonuncu görüşü ötən ilin sentyabrında keçirilib. Saziş dövlət neft şirkətləri və BTC layihəsində iştirak edən şirkətlər səviyyəsində hazırlanıb. Layihə hazır olduqdan sonra baxılmaq üçün Qazaxıstanın nazirlik və idarələrinə təqdim olunub. Sənədin milli şirkətlər tərəfindən hazırlanmış variantı təsdiqlənib. Layihəyə Qazaxıstanın nazirlik və idarələri heç bir dəyişiklik etməyib. Yanvarda sənəd Azərbaycana təqdim olunub.

Xəbər lenti

Xəbər lenti