...

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayıb

Siyasət Materials 16 Mart 2006 12:58 (UTC +04:00)

Martın 16-da Avropa Birliyinin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Piter Semnibinin Bakıya səfəri başlayıb. Trend in xəbər verdiyi kimi, səfər proqramı dolğundur.

Səfər zamanı xüsusi nümayəndə Azərbaycanın müxtəlif nazirlik və idarələrində görüşlər keçirməyi planlaşdırır.

Diplomat əvvəlcə ölkənin Xarici İşlər Nazirliyində görüş keçirəcək. Daha sonra o, parlamentin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev və dövlət başçısı İlham Əliyevlə görüşəcək.

Azərbaycana səfəri çərçivəsində P.Semnibi ölkənin siyasi partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşmək niyyətindədir.

Martın 17-də o, səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, P.Semnibi bu vəzifədə Heyki Talvitiyeni əvəz edir.

Xəbər lenti

Xəbər lenti