...

İKT ölkələri XİN başçılarının iclasında kommünike qəbul edilib

Siyasət Materials 16 Mart 2006 15:01 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin xarici işlər nazirlərinin martın 15-də Ciddədə başlamış növbəti iclası yekun sənədin - kommünikenin qəbul edilməsi ilə başa çatıb. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasət idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi iclasda islamofobiya elementlərinin aradan qaldırılması ilə bağlı məsələlər və bu istiqamətdə İKT-nin fəaliyyəti, İraq və Fələstində vəziyyət müzakirə olunub.

İclasda iştirakı çərçivəsində Elmar Məmmədyarov həmkarları - Sineqal, Malayziya, Yəmən, Səudiyyə Ərəbistanı və digər ölkələrin xarici işlər nazirləri ilə bir sıra görüşlər keçirib. Danışıqların əsas mövzusu İraqda vəziyyət, Yaxın Şərqdə sülh prosesi, Məhəmməd peyğəmbərin karikaturunun çəkilməsi, o cümlədən islam ölkələri arasında əməkdaşlıq və regional məsələlər olub", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti