...

Əli Həsənov: 2007-ci ilin ortalarınadək Azərbaycanda çadır şəhərciyi qalmayacaq

Siyasət Materials 16 Mart 2006 17:12 (UTC +04:00)
Əli Həsənov:  2007-ci ilin ortalarınadək Azərbaycanda çadır şəhərciyi qalmayacaq

2007-ci ilin ortalarınadək Azərbaycanda qaçqın və məcburi köçkünlərin yaşadığı çadır şəhərcikləri tamamilə ləğv ediləcək. Trend ANS telekanalına istinadən bildirir ki, martın 16-da Azərbaycanın baş nazirinin müavini, qaçqın və məcubri köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu barədə bəyan edib.

Ə.Həsənov qeyd edib ki, Sabirabad və Saatlı rayonlarındakı çadır şəhərciklərinin ləğv edilməsi layihəsinin hazırlanması artıq başa çatıb və yaxın iki-üç ay ərzində müasir tipli şəhərciklərin inşasına başlanacaq. "Biz düşünürük ki, artıq gələn ilin ortalarına doğru Azərbaycanda çadır şəhərcikləri qalmayacaq" - deyə dövlət komitəsinin sədri bildirib.

Xəbər lenti

Xəbər lenti