...

Avropa Birliyinin Azərbaycanda parlament seçkiləri ilə bağlı fəaliyyət planının müddəti uzadılıb

Siyasət Materials 16 Mart 2006 18:27 (UTC +04:00)

Avropa Birliyinin Azərbaycanda parlament seçkiləri ilə bağlı fəaliyyət planının müddəti uzadılıb. Trend in xəbər verdiyi kimi, bu qərar martın 15-də Strasburqda AB-nin Nazirlər Komitəsinin daimi nümayəndələri səviyyəsində keçirilmiş 958-ci iclasında qəbul olunub.

Fəaliyyət planının müddəti 2005-ci ilin noyabrında keçirilmiş parlament seçkiləri ilə bitib. Ancaq 2006-cı il mayın 13-də 10 seçki dairəsi üzrə təkrar seçkilərin keçirilməsi faktını nəzərə alaraq, AB-nin Nazirlər Komitəsi fəaliyyət planının qüvvədə olma müddətinin uzadılmasına dair qərar qəbul edib.

İclasda bu məsələ gündəliyin "Siyasi məsələlər" adlı 2-ci bəndində müzakirəyə çıxarılmış birinci mövzu idi.

Qeyd edək ki, iclasda həmçinin Ermənistan və keçmiş Yuqoslaviya Respublikası Makedoniyadakı vəziyyət də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti