...

QAT erməni nümayəndələrinin Bakıya gəlişini pisləməklə bağlı qətnamə qəbul edib

Siyasət Materials 16 Mart 2006 18:37 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) martın 16-da ATƏT-in İqtisadi Forumuna hazırlıq məqsədilə Bakıda keçirilən konfransına işğalçı Ermənistanın nümayəndələrinin dəvət edilməsini pisləyən bəyanat qəbul edib. Trend xəbər verir ki, qətnamədə ATƏT-in bu addımı Ermənistanın təcavüzkar addımlarına bəraət qazandırmaq kimi qiymətləndirilib.

Bəyanatda qeyd olunub ki, qurum Azərbaycanın maraqları və qanunları ilə qətiyyən hesablaşmaq istəmir. ATƏT-in bu mövqeyi Azərbaycanın ərazi bütövlüyünə, eyni zamanda beynəlxalq hüquq normalarına hörmətsizlik kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, QAT fəalları erməni nümayəndələrinin iştirakına mane olmaq məqsədilə martın 16-da adıçəkilən konfransın keçirildiyi "Park İnn" mehmanxanası qarşısında bir neçə dəfə aksiya keçirməyə cəhd göstərib. Nəticədə QAT-ın bir neçə üzvü qanunu tələblərini və asayişi pozduqlarına görə 39-cü polis bölməsinə aparılıb.

Xəbər lenti

Xəbər lenti