...

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi rəsmi Bakı ilə məsləhətləşmələr aparır

Siyasət Materials 17 Mart 2006 12:35 (UTC +04:00)

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnibi Bakıda AB və Azərbaycan arasında ikitərəfli əməkdaşlığa dair məsləhətləşmələr aparır. Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, martın 17-də P.Semnibi xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

Görüşdə tərəflər AB-nin "Yeni Qonşuluq Siyasəti" Təşəbbüsü çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçirib və bu təşəbbüsün həyata keçirilməsi istiqamətində gələcəkdə atılacaq addımları müəyyənləşdirib.

AB-nin xüsusi nümayəndəsinin səfər proqramına, həmçinin, parlamentin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev və dövlət başçısı İlham Əliyevlə görüşlər daxildir.

Azərbaycana səfəri çərçivəsində P.Semnibi ölkənin siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşmək niyyətindədir.

Martın 17-də o, "Hyatt-Recens" otelində səfərinin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, P.Semnibi bu vəzifədə Heyki Talvitiyeni əvəz edir.

Xəbər lenti

Xəbər lenti