...

Mayda Bakıda İƏT-in sammiti keçiriləck

Siyasət Materials 17 Mart 2006 12:55 (UTC +04:00)

Mayın 5-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Trend in xəbər verdiyi kimi, hazırda forumun proqramı və gündəliyi razılaşdırılır.

İclasda təşkilata üzv olan 10 ölkənin hökumət nümayəndələrinin iştirakı gözlənilir. Zirvə görüşündə iştirak üçün onlara artıq dəvət ünvanlanıb.

İƏT 1985-ci ildə təsis olunub, Türkiyə, İran və Pakistan arasında 1977-ci il martın 12-də imzalanmış İzmir müqaviləsi əsasında fəaliyyət göstərən regional əməkdaşlıq inkişaf təşkilatının hüquqi varisidir. 1992-ci ildə təşkilata daha 7 dövlət - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub.

İƏT-in təsis olunmasında əsas məqsəd təşkilata daxil olan ölkələrin daimi və hərtərəfli sosial-iqtisadi inkişafı üçün şərait yaradılmasından (region dövlətlərinin iqtisadiyyatının, təsərrüfat əlaqələrinin dünya sisteminə ardıcıl və güclü inteqrasiyası, mədəniyyət, texniki və elmi sahələrdə fəal regional əməkdaşlığın qurulması və qarşılıqlı yardımın göstərilməsi) ibarətdir.

Xəbər lenti

Xəbər lenti