...

Müjgan Suver: "Türkiyədən Ermənistana təyyarə reysini həyata keçirən özəl şirkətdir"

Siyasət Materials 17 Mart 2006 13:17 (UTC +04:00)

Türkiyənin Ermənistanla hava yolu dövlət tərəfindən açıq deyil. Bu barədə Trend ə Bakıda səfərdə olan Avropa Birliyi və İnsan Haqları Platformasının sədri Müjgan Suver bildirib.

Qeyd edək ki, həftədə iki dəfə Türkiyədən Ermənistana təyyarə reysləri həyata keçirilir. Bununla bağlı sorğumuza cavab verən M.Suver bildirib ki, bu uçuşlara rəsmən dövlət nəzarət etmir: "Bu Türkiyədə fəaliyyət göstərən özəl bir sektorun həyata keçirdiyi uçuşdur. Ermənistana bu uçuşun Türkiyə dövləti ilə heç bir bağlılığı yoxdur". M.Suver onu da vurğulayıb ki, Türkiyə vətəndaşları arasında erməni əsilli vətəndaşlar da olduğundan onların da haqları qorunmalıdır: "Həmin vətəndaşlar öz ölkələrində yaşayan doğmaları ilə əlaqələr yaratmaq üçün özəl sektorun imkanlarından istifadə edirlər".

M.Suver onu da bildirib ki, Türkiyədən Ermənistana təyyarə reysini həyata keçirən özəl şirkətin rəhbəri erməni əsilli Türkiyə vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti