...

Azadlıq Hərəkatçılar Birliyi martın 29-da Respublika Prokurorluğu qarşısında piket keçirəcək

Siyasət Materials 17 Mart 2006 14:35 (UTC +04:00)

Azadlıq Hərəkatçılar Birliyi (AHB) martın 29-da Respublika Prokurorluğu və Bakı şəhər İcra Hakimiyyəti qarşısında piketlər keçirəcək. Bu barədə Trend ə AHB-nin mətbuat xidmətindən bildiriblər.

Bundan əlavə AHB martın 23-də 50 ictimai-siyasi təşkilatın iştirakı ilə dəyrmi masa təşkil edəcək.

AHB mətbuat xidmətindən onu da bildiriblər ki, martın 17-də qurumun Ali Şurasının növbəti iclası keçirilib. İclasda azadlıq hərəkatının fəallarından olan Hacəmi Atakişiyev Ali Şuraya üzv seçilib. Birliyin Bakı şəhər Nərimanov rayon şöbəsi qeydə alınıb.

Daha sonra toplantıda AHB Ali Şurasının üzvü Firudin Cəlilovun məruzəsi dinlənilib və məruzə ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti