...

Mübariz Qurbanlı: "YAP-ın təkrar parlament seçkisində iddiaları reallığa söykənir"

Siyasət Materials 17 Mart 2006 15:38 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası təkrar seçkilərdə iştirak edən namizədlərinin qalib gəlməsi üçün ideoloji-siyasi sahədə bütün yardımlarını göstərəcək". Bu fikirləri Trend ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, YAP-ın təkrar parlament seçkisində iddiaları reallığa söykənir. Ona görə də partiya beş dairədən namizəd irəli sürüb: "Əlbəttə, seçkidə iştirak edən bütün namizədlər qalib gələ bilməzlər. Biz çalışacağıq ki, YAP-ın namizədləri qalib gəlsin. Güman edirik ki, seçkidə onların qələbə çalması üçün xalqdan dəstək alacağıq".

Mübariz Qurbanlı təkrar seçkidə iştirak edən müxalifətçilərin də düzgün addım atdığını deyib.

Xəbər lenti

Xəbər lenti