...

Hərbçilər üçün binalardan bir neçəsinin inşası başa çatacaq

Siyasət Materials 17 Mart 2006 15:50 (UTC +04:00)

2006-ci ilin sonuna qədər hərbçilər üçün nəzərdə tutulmuş 9 mərtəbəli binalardan bir neçəsinin inşası başa çatacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

İ.Verdiyevin sözlərinə görə, Bakı şəhərində "Salyan Kazarması" kimi tanınan ərazidə tikilən binalar 9 mərtəbəlidir. "Binalar Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Müdafiə Nazirliyinin büdcəsi hesabına inşa edilir. Artıq bir binanın inşası başa çatmaq üzrədir, bir neçəsinin inşasına isə yaxın vaxtlarda başlanılacaq. Binalarda hərbi qulluqçular, kotterclərdə isə yüksək rütbəli hərbi qulluqçuların ailəsi yaşayacaq" - deyə İ.Verdiyev bildirib.

İlin sonuna qədər hazır olacağı gözlənilən binalardakı mənzillərin açarları hərbi qulluqçulara təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti