...

İlham Əliyev AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Mart 2006 17:10 (UTC +04:00)

Martın 17-də Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend in xəbər verdiyi kimi, dövlət başçısı yeni vəzifəyə təyin olunması münasibətilə P.Semnibini təbrik edib və ona uğurlar arzulayıb. İ.Əliyev vurğulayıb ki, Azərbaycanın AB ilə münasibətləri uğurla inkişaf edir. O, bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

İki il bundan əvvəl Brüsselə səfərini, həmçinin, AB-nin keçmiş sədrinin Azərbaycana səfərini xatırladan prezident qeyd edib ki, qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. İ.Əliyev "Yeni Qonşuluq Siyasəti"nin, enerji layihələrinin həyata keçirilməsində və Cənubi Qafqazda münaqişələrin həllində də AB-nin fəal rolunu vurğulayıb.

Öz növbəsində P.Semnibi qeyd edib ki, bu, onun xüsusi nümayəndə vəzifəsinə təyin olunduqdan sonra regiona birinci səfəridir. Onun sözlərinə görə, AB-nin Cənubi Qafqaza marağı artır. P.Semnebi ikitərəfli münasibətlərin gələcəkdə də inkişafına əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti