...

Elman Rüstəmov: "Yaxın vaxtlarda dövriyyədəki yeni manatların xüsusi çəkisi 70 faizə çatacaq"

Siyasət Materials 17 Mart 2006 18:19 (UTC +04:00)
Elman Rüstəmov: "Yaxın vaxtlarda dövriyyədəki yeni manatların xüsusi çəkisi 70 faizə çatacaq"

Hazırda dövriyyədə olan pul kütləsinin ümumi həcmi 500 mln. manat təşkil edir ki, bunun da 58 mln. manatı denominasiya edilmiş manatların payına düşür (1 və 5 manatlıq əskinaslar). Trend in xəbər verdiyi kimi, bu barədə martın 17-də Azərbaycan Milli Bankının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bankın idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Bu günlərdə ölkəyə daxil olmuş 10 və 20 manatlıq əskinasların yaxın vaxtlarda dövriyyəyə buraxılması ilə yeni manatların xüsusi çəkisi 70% təşkil edəcək. "Aprelin 20-dək 50 və 100 manatlıq əskinaslar buraxılacaq və onların dövriyyəyə çıxarılması ilə 9 ay ərzində denominasiya edilmiş manatların xüsusi çəkisi 90% təşkil edəcək", - deyə o qeyd edib. AMB-yə daxil olmuş köhnə manatlar isə təkrar dövriyyəyə buraxılmayacaq.

Bundan başqa, köhnə manatların qaytarılmasına görə alınan 13 faizlik komissiya haqları ləğv olunub. "Metal sikkələrin dövriyyəyə buraxılması da yeni pulların döviyyə müddətini uzatmağa və onların deformasiyaya uğramasının qarşısını almağa imkan verəcək", - deyə E.Rüstəmov bildirib.

Xəbər lenti

Xəbər lenti