...

Azərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupunun nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Mart 2006 18:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Türkiyənin Mərmərə Qrupunun sədri Akkan Suveri qəbul edib.

Trend in verdiyi məlumata görə, dövlət başçısı martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayının təkcə ölkə üçün deyil, bütün dünyada yaşayan azərbaycanlılar üçün əhəmiyyətli hadisə adlandırıb. O, qurultayda Türkiyədən olan nüfuzlu və çoxsaylı nümayəndə heyətinin, o cümlədən Mərmərə Qrupunun iştirakı ilə bağlı məmnunlğunu ifadə edib.

A.Suverin sözlərinə görə, Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi çox mühüm əhəmiyyət daşıyır.

Tərəflər Azərbaycan-Türkiyə əməkdaşlığının hazırki vəziyyətini və inkişafı məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti