...

Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Siyasət Materials 17 Mart 2006 18:40 (UTC +04:00)

Yaxın vaxtlarda Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani məlumat verib.

Onun sözlərinə görə, iclasın dəqiq tarixini Azərbaycan tərəfi müəyyən edəcək və razılaşdırılmaq üçün rəsmi Tehrana təqdim edəcək.

İclasda iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərə baxılacaq. "Bir çox layihələr var ki, bunların da bir neçəsi həyata keçirilir, bəziləri isə gündəlikdədir", - deyə Ə.Süleymani qeyd edib. O, bu layihələr arasında nəqliyyat, elektrik enerjisi və ümumiyyətlə, enerji layihələrinin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti