...

Kəmaləddin Heydərov: "Quş qripi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur"

Siyasət Materials 22 Mart 2006 12:07 (UTC +04:00)
Kəmaləddin Heydərov: "Quş qripi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur"

Quş qripi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur. Trend ANS telekanala istinadan xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bunu xəstəliyin ölkə ərazisində geniş yayılmaması ilə əlaqələndirib. Lakin bununla belə, nazirlik quş qripinə qarşı mübarizənin səmərəliyini artırmaq məqsədilə bu xəstəliyə qarşı tədbirləri gücləndirib. "Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan mülki müdafiə qoşunlarının və Sularda Xilasetmə İdarəsinin əməkdaşları bir müddətdir ki, Salyan, Neftçala və Abşeron yarımadasında dezinfeksiya işləri ilə məşğuldurlar" - deyə nazir qeyd edib.

K,Heydərovun sözlərinə görə, indiyədək müxtəlif qurumların tərkibində fəaliyyət göstərən, eləcə də yeni yaradılan strukturları özündə birləşdirən Fövqəladə Hallar Nazirliyi ölkə daxilində baş verə biləcək hər hansı fövqəladə halın qarşısını almağa tam hazır olması üçün müxtəlif həcmli planlar həyata keçirməyə başlayıb. Nazir bildirib ki, nazirliyin ölkənin 8 regionunda regional idarələri fəaliyyət göstərəcək. "Fövqəladə halların qarşısının əvvəlcədən alınması üçün bəzi strukturların qarşısında məsələlər qoyulub" - deyə nazir vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, qaz kəmərlənin üzərində və elektrik naqillərinin keçdiyi təhlükəli ərazilərdə tikilən evlərin hansı əsasla və kimin icazəsi ilə tikilməsi ilə bağlı yaxın vaxtlarda araşdırmalar da aparılacaq.

Xəbər lenti

Xəbər lenti