...

Martın 24-28-də Bakıda "İndia Şou" sərgisi keçiriləcək

Siyasət Materials 22 Mart 2006 12:15 (UTC +04:00)

2006-cı il martın 24-28-də Bakıda Heydər Əliyev adına İdman-Konsert kompleksində Azərbaycanın Ticarət və Sənaye Palatası, Hindistan Ticarət Təşviqatı Təşkilatı və Hindistanın Bakıdakı səfirliyinin birgə təşəbbüsü ilə təşkil olunmuş "İndia Şou" sərgisi keçiriləcək.

Hindistanın Azərbaycandakı diplomatik səfirliyindən Trend ə verilən məlumata görə, sərgidə Hindistanın idxalçı və ixracatçı 23 şirkəti iştirak edəcək.

Şirkətlərin əsas kontingentini toxuculuq, məişət mebeli, əczaçılıq, ərzaq məhsulları və zinət əşyaları kimi sahələri əhatə edən firmalar təşkil edir.

Racasthan ştatı sərgidə daha çox sayda şirkətlə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti