...

Fövqəladə hallar naziri AŞ PA nümayəndəsi ilə Nazirliyin fəaliyyətini müzakirə edib

Siyasət Materials 22 Mart 2006 14:04 (UTC +04:00)

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvü Eduard Lintneri və Avropa Parlamentinin keçmiş üzvü Verner Münhinlə Bakıda keçirdiyi görüşdə Nazirliyin fəaliyyətini müzakirə edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda fövqəladə vəziyyətlərdə əhalinin mühafizəsi ilə bağlı görülən işlər müzakirə mövzusu olub.

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvü Eduard Lintner yeni təyinatı münasibəti ilə Kəmaləddin Heydərovu təbrik edib, ona rəhbərlik etdiyi sahədə uğurlar arzulayıb. Təmsil olunduğu Almaniyada belə bir strukturun olmadığını söyləyən qonaq Azərbaycanda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin iş prinsipləri, fəaliyyət istiqamətləri ilə maraqlanıb.

Fövqəladə hallar naziri müasir dövrdə ölkənin irimiqyaslı fövqəladə hadisələrin təsirindən etibarlı surətdə mühafizə edilməsi sahəsində görülən işlərdən bəhs edib.

Nazirliyin formalaşma mərhələsində olduğunu bildirən nazir xilasedicilərimizin ölkədə baş verə biləcək təbii və texnogen qəzalar zamanı əhalinin və ərazinin mühafizə olunmasına daim hazır olduqlarını bildirib. Nazir həmçinin qeyd edib ki, nazirliyin tabeliyindəki qurumlar yalnız respublika ərazisində deyil, digər ölkələrdə də baş verə biləəck fəlakətlərin nəticələrinin aradan qaldırılması imkanına malikdirlər.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti