...

Rövnəq Abdullayev: Aprelin 1-də "Şahdəniz" üçün platforma dənizə göndəriləcək

Siyasət Materials 22 Mart 2006 16:53 (UTC +04:00)
Rövnəq Abdullayev: Aprelin 1-də "Şahdəniz" üçün platforma dənizə göndəriləcək

Aprelin 1-də "Şahdəniz" yatağının işlənib hazırlanmasının birinci mərhələsi çərçivəsində qaz-kondensat hasilatı üçün inşa edilmiş TPG - 500 platforması qurulmaq üçün dənizə göndəriləcək. Trend in məlumatına görə, martın 22-də ARDNŞ prezidenti Rövnəq Abdullayev bu barədə jurnalistlərə bildirib. Hazırda bu qurğu ilə bağlı işlər son mərhələdədir.

Platformanın inşasına təxminən $1,35 mlrd. xərclənib. İnşaatın aparıldığı "Zığ" tikinti sahəsinin müasirləşdirilməsi ilə birgə ümumi dəyər $1,6 mlrd. təşkil edib.

Platformanın ümumi çəkisi 32 min ton təşkil edir. Bu platforma 7 min metr dərinliyində və normadan kənara çıxmaqla 3 min metr radiuslu quyu qazmaq imkanına malikdir. Platformanın hasilat qurğusu gündəlik 28,5 mln. kubmetrədək qaz və 60 min barel kondensat emal etmək imkanındadır. TPG - 500 ilə cəmi 12 quyu istismara veriləcək. Bunlardan 4-ü artıq öncəqazma proqramı çərçivəsində qazılıb.

Cənubi Qafqaz qaz kəməri ilə ilk qazın bu ilin sentyabrın 30-da yola salınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti