...

MSK-nın iclası keçirilib

Siyasət Materials 22 Mart 2006 17:04 (UTC +04:00)

Martın 22-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda iki məsələyə baxılıb.

Əvvəlcə MSK-nın 14 mat 2006-cı il tarixli iclasının protokolu təsdiq edilib. Sonra MSK katibi Natiq Məmmədov komissiyaya daxil olan şikayətlərdən biri haqqında məlumat verilib.

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Əlikram Ələkbərovun şikayəti təmin olunmayıb və onun namizədliyinin qeydə alınmaması barədə dairə seçki komissiyasının (DSK) qərarı qüvvədə saxlanılıb. N.Məmmədov onun DSK-ya təqdim etdiyi sənədlərdə ciddi nöqsanların olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti