...

Ədliyyə naziri AŞ PA nümayəndələrini qəbul edib

Siyasət Materials 22 Mart 2006 17:44 (UTC +04:00)

Martın 22-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvü Eduard Lintneri və Avropa Parlamentinin keçmiş üzvü Verner Münhi qəbul edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ədliyyə naziri Fikrət Məmmədov qonaqlara son illər Azərbaycanda hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının səmərəliliyi barədə geniş məlumat verib.

Eduard Lintner öz növbəsində nazirin diqqətinə çatdırıb ki, Azərbaycana səfər çərçivəsində Bakıdakı bəzi cəzaçəkmə müəssisələrinə baş çəkib. Qonaq müəssisələrdəki şəraitdən razılığını bildirib.

E.Lintner ölkəmizə səfər etməkdə may ayında Azərbaycanın Milli Məclisinə keçiriləcək təkrar seçkilərlə bağlı vəziyyətlə tanış olmaq məqsədi güddüyünü söyləyib.

F.Məmmədov qonaqların nəzərinə çatdırıb ki, Milli Məclisə seçkilərin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsi, ölkə vətəndaşlarının seçki hüquqlarının tam təmin olunması üçün Azərbaycan dövləti tərəfindən bütün əsaslar yaradılacaq.

Qonaqları maraqlandıran sualları cavablandıran nazir qeyd edib ki, ötən ilin noyabrında olduğu kimi, rəhbəri olduğu qurum növbəti seçkilərdə də vətəndaşların seçki hüquqlarının, eləcə də seçkilər zamanı insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün öhdəsinə düşən zəruri tədbirləri həyata keçirəcək.

Qarşıdan gələn seçkinin Azərbaycanda demokratiyanın inkişafında növbəti mühüm addım olacağını qeyd edən cənab Lintnet bu sahədə görülən işləri və həyata keçirilən tədbirləri müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti