...

Milli Demokrtaik Qüvvələr Birliyi Sədrlər Şurasının iclası keçirilib

Siyasət Materials 22 Mart 2006 18:11 (UTC +04:00)

Milli Demokrtaik Qüvvələr Birliyi Sədrlər Şurasının martın 22-də keçirilən növbəti iclasında ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Trend xəbər verir ki, gündəliyə çıxarılan məsələlər barədə adıçəkilən qurumda təmsil olan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu fikir bildirib.

T.Qənioğlu deyib ki, martın 16-da Bakıda keçirilən Dünya Azərbaycaknlılarının II qurultayı çox önəmli hadisədir: "Düşünürəm ki, qurultayın keçirilməsi xarici ölkələrdə yaşayan azərbaycanlılarla Azərbaycan arasında həmrəyliyin möhkəmləndirilməsində, təşkilatlanmada vacib bir məsələdir". T.Qənioğlu sözügedən qurultayın beş ildən bir deyil, iki ildən bir keçirilməsi təklifini verib.

Xəbər lenti

Xəbər lenti