...

İlham Əliyev Pakistan prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 Mart 2006 18:55 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Pərviz Müşərrəfə bu dövlətin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, təbrik məktubunda Azərbaycanla Pakistan arasındakı münasibətlərin indiki səviyyəsindən böyük razılıq hissi əks olunub.

Azərbaycanın dövlət başçısı iki ölkə arasında gündən-günə genişlənən əlaqələrin, bir çox sahələrdə həyata keçirilən faydalı əməkdaşlığın bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəyinə əmin olduğunu bildirib. Məktubda dost Pakistan xalqına sülh və firavanlıq arzulanıb.

Xəbər lenti

Xəbər lenti