...

Azərbaycan prezidenti hökumət qarşısında bütün kənd təsərrüfatı məhsullarının ölkədə istehsalı vəzifəsini qoyub

Siyasət Materials 23 Mart 2006 13:19 (UTC +04:00)

Azərbaycan hökumətinin qarşısında ölkədə tələb olunan bütün kənd təsərrüfatı məhsullarının respublikada istehsal olunması barədə tapşırıq qoyulub. Trend in məlumatına görə, bu barədə martın 23-də Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonunda şəkər zavodunun açılışı mərasimində bəyan edib.

Onun sözlərinə görə, bu tapşırığın ən qısa müddətdə reallaşdırması zəruridir və bu məqsədlə dövlətlə yanaşı, özəl investisiyalar da cəlb olunmalıdır.

Dövlət başçısı qeyd edib ki, 2006-cı ilin 3 ayı ərzində Azərbaycan iqtisadiyyatında artım 50% təşkil edib. Yaxın 10 il ərzində Azərbaycanda güclü sənaye potensialı yaradılacaq və bu da məhsulların istehsalına imkan verəcək.

İmişlidə Azərbaycan prezidenti həmçinin, eks-prezident H.Əliyevin abidəsi önünə güllər qoyub və eyniadlı müzeyi açıb. O, əsaslı şəkildə təsir olunan 2 saylı Nizami Gəncəvi adına şəhər məktəbilə, eləcə də "MKT" şirkətinin "Araz" klubu üçün tikdiyi stadionla da tanış olub.

Xəbər lenti

Xəbər lenti