...

Cioti Svarup Pande: Hindistan BTC neft kəməri vasitəsilə Azərbaycan neftinin alınmasında maraqlıdır

Siyasət Materials 23 Mart 2006 14:00 (UTC +04:00)
Cioti Svarup Pande: Hindistan BTC neft kəməri vasitəsilə Azərbaycan neftinin alınmasında maraqlıdır

Hindistan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Azərbaycan neftini almaq niyyətindədir. Trend in məlumatına görə, bu barədə martın 23-də Bakıda mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Cioti Svarup Pande bəyan edib.

Səfirin sözlərinə görə, hind şirkəti əvvəllər BTC layihəsinə hələ onun tikintisinə başlanarkən maraq göstərib. "Hindistanın iri şirkətlərindən biri neft kəmərinin Gürcüstan hissəsinin müəyyən hissəsinin tikintisi barədə təkliflə müraciət etmişdi", - deyə diplomat xatırladıb. O qeyd edib ki, bu təklifə cavab hələ də alınmayıb.

"Əlbəttə ki, biz Azərbaycan neftinin alınmasında maraqlıyıq", -deyə Cioti Svarup Pande bildirib. O, Hindistanda neft istehsalının ildə cəmi 34 milyon ton təşkil etdiyini bildirərək hazırda ölkədə "qara qızıl"a olan tələbatın həcminin 120 milyon dollara çatdığını bildirib. Səfir bu rəqəmin durmadan artdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti