...

Hüseyn Bağırov: 2006-cı ildə Azərbaycanda yeni qızıl yataqlarının açılması gözlənilir

Siyasət Materials 23 Mart 2006 15:28 (UTC +04:00)
Hüseyn Bağırov: 2006-cı ildə  Azərbaycanda yeni qızıl yataqlarının açılması gözlənilir

Azərbaycanda qızıl yataqlarına böyük maraq var və ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə müntəzəm kəşfiyyat işləri aparır, eləcə də araşdırmalar aparılması üçün yeni ərazilər müəyyən edilir. Trend bildirir ki, martın 23-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə bəyan edib.

Onun sözlərinə görə, 2006-cı ildə bir neçə geologiya qrupu bir sıra yeni yerlərdə işlər aparacaq.

"Biz ilkin təhlilləri nəzərə alaraq çox ümid edirik ki, qısa müddət ərzində yeni qızıl yataqlarının yerləri aşkar ediləcək" - deyə nazir qeyd edib. H.Bağırovun sözlərinə görə, işlər Naxçıvan MR, Böyük və Kiçik Qafqazda aparılır, Azərbaycanın bir sıra digər ərazilərində isə artıq ilkin araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti