...

Arif Hacılı: "Müsavat Partiyası seçki kampaniyası çərçivəsində ümumrespublika mitinqi keçirəcək"

Siyasət Materials 23 Mart 2006 15:57 (UTC +04:00)

Müsavat Partiyası seçki təbliğatı kampaniyası çərçivəsində aksiyalar keçirəcək. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, təmsil etdiyi partiya 10 seçki dairəsindən 7-də vahid namizədlə iştirak edir: "Düşünürəm ki, belə aksiyaların keçirilməsi realdır". Müsavat rəsmisi onu da vurğulayıb ki, Bakının 31, 9, 41 və 42 seçki dairələrində, eləcə də Gəncədə kütləvi aksiyaların keçirilməsi zəruridir. Belə aksiyaların keçirilməsində məqsəd seçki təbliğatı xarakteri daşımaqla yanaşı seçkilərin saxtalaşdırılmasının qarşısının alınmasına da öz təsirini göstərəcək.

A.Hacılı onu da bildirib ki, təmsil olduğu partiya ümumrespublika mitinqini də keçirməyi planlaşdırır. Bu mitinqdə isə daha qlobal problemlər gündəmə gətiriləcək: "Dağlıq Qarabağ, korrupsiya, demokratik mühitin yaradılması, MSK-nın paritet əsaslarla formalaşdırılması və s. məsələləri yenidən meydanlara gətirməyi nəzərdə tutmuşuq".

A.Hacılı bildirib ki, seçki kampaniyası çərçivəsində keçi riləcək mitinqlər namizədlərin seçki qərargahları tərəfindən həyata keçiriləcək. Ümumrespublika mitinqi isə Divanın qərarı ilə reallaşacaq. Sədr müavini aksiyaların parlamentə keçiriləcək təkrar seçkilərə qədər reallaşa biləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti