...

"Azadlıq" bloku təkrar seçkiləri müşahidə etmək üçün Seçki Qərargahı formalaşdırıb

Siyasət Materials 23 Mart 2006 16:04 (UTC +04:00)

"Azadlıq" blokunun təkrar parlament seçkilərdə iştirak etməməsinə baxmayaraq, blokun Sədrlər Şurası seçkilərin müşahidəsini aparmaq qərarına gəlib. Trend in məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında "Azadlıq" blokunun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli məlumat verib.

O bildirib ki, blok 13 mayda keçiriləcək təkrar seçkidə ictimai nəzarəti təşkil edəcək. Ona görə də bloka daxil olan partiyalar birgə seçki qərargahı formalaşdırıb. Blokun seçki qərargahı tərəfindən seçkilərin monitorinqi aparılacaq, səsvermə prosesi müşahidə olunacaq və seçkidən dərhal sonra hesabat hazırlanacaq.

O, həmçinin qeyd edib ki, "Azadlıq" blokunun aprelin 21-də sahibkarlıq mövzusuna həsr edilmiş konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti