...

ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndələri Azərbaycanda təkrar seçkiləri müşahidə edəcəklər

Siyasət Materials 23 Mart 2006 17:26 (UTC +04:00)

ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) müşahidəçiləri 2006-cı il mayın 13-də Azərbaycan parlamentinə (Milli Məclisə) keçirilən təkrar seçkilərdə iştirak edəcəklər. Bu barədə Trend ə IRI-nin Bakı ofisinin nümayəndəliyindən bildiriblər.

Müşahidəçilər ABŞ müşahidəçilər missiyasının tərkibində fəaliyyət göstərəcəklər. Onların dəqiq sayı və Azərbaycana gələcəkləri tarix ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən müəyyən olunacaq. Bununla yanaşı, nümayəndəlikdən bildirilib ki, IRI tərəfdən seçkilərin monitorinqi üzrə hər hansı bir sənəd hazırlanmayacaq.

"Müşahidəçilərin fəaliyyətinin əlaqələndirilməsi ABŞ-ın Bakıdakı səfirliyi vasitəsilə həyata keçiriləcək. Onların müşahidələrinin yekunları ilə bağlı məlumatlar da burada toplanacaq", - deyə IRI nümayəndəliyindən bildirilib.

Xəbər lenti

Xəbər lenti