...

Etibar Məmmədovun liderlik etdiyi AMİP-in qurultayı aprelin son ongünlüyündə keçiriləcək

Siyasət Materials 24 Mart 2006 12:07 (UTC +04:00)

Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı aprel ayının son ongünlüyündə keçiriləcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib. Apredin 15-də partiyanın rayon təşkilatlarının konfransları başa çatacaq və bundan sonra qurultayın günü təyin olunacaq.

AMİP-in 74 rayon təşkilatından 18-də artıq konfranslar keçirilib. Bütün rayon təşkilatlarında konfranslar başa çatdıqdan sonra qurultay nümayəndələri müəyyənləşəcək. Partiya sədrliyinə iddiasını irəli sürənlər isə hələlik yoxdur. Qurultayın gündəliyinə partiyaya sədr seçilməsi ilə bərabər başqa təşkilati məsələlər də daxil ediləcək.

E.Məmmədovun liderlik etdiyi AMİP-in Ədliyyə Nazirliyində sənədlərinin araşdırılması və yekunları ilə bağlı partiyaya cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti