...

Polşanın müdafiə naziri Azərbaycana may-iyun aylarından tez səfər etməyəcək

Siyasət Materials 24 Mart 2006 12:42 (UTC +04:00)

Polşanın müdafiə naziri Radoslav Sikorski Azərbaycana bu ilin may-iyun aylarından tez səfər etməyəcək. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski məlumat verib.

Diplomat nazirin səfərinin Senatın sədri Boqdan Boruseviç və iqtisadiyyat naziri Pyotr Vojnyakın aprelin 6-7-nə planlaşdırılan səfərləri ilə paralel olaraq həyata keçiriləcəyi ilə bağlı yayılmış məlumatları təkzib edib. Onun sözlərinə görə, bu səfər ayrıca baş tutacaq və tezliklə tərəflər bununla bağlı hazırlığa başlayacaq.

Senat sədri və iqtisadiyyat nazirinin qarşıdakı səfərlərinə gəlincə, V.Quretski qeyd edib ki, hazırda bu səfərlərin proqramları razılaşdırılır.

Səfirlik artıq rəsmi şəxslərlə görüşlərlə bağlı Azərbaycanın nazirlik və idarələrinə, o cümlədən prezidentin İcra Aparatına və Milli Məclisə müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti