...

Ombudsman Milli Məclisə illik hesabat verib

Siyasət Materials 24 Mart 2006 13:56 (UTC +04:00)

Milli Məclisin martın 24-də keçirilən növbəti iclasında 7 məsələ müzakirəyə çıxarılıb. Trend xəbər verir ki, cari məsələlərlə bağlı millət vəkillərinin çıxışlarıından sonra Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2005-ci il fəaliyyəti ilə bağlı illik məruzəsi dinlənilib.

Məruzəni ombudsman Elmira Süleymanova edib. E.Süleymanova 2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkilərində Ombudsman Aparatı tərəfindən müşahidəçilik missiyası barədə məlumat verib. O bildirib ki, həm seçkiöncəsi, həm də seçkidən sonra baş verən xırda qanunsuzluqlarla bağlı Ombudsman Aparatına edilən müraciətlərə baxılıb, həll olunması üçün müvafiq orqanlara ünvanlanıb.

İnsan hüquqlarının qorunması, təcridxanalarda saxlanılan məhbuların vəziyyəti ilə bağlı mütəmadi monitorinqlər aparıldığını deyən E.Süleymanova, bəzi rayon polis bölmələrində vətəndaşların qanunsuz olaraq saxlanıliması faktlarının aşkar olunduğunu da qeyd edib. Bununla bağlı ölçü götürmək üçün hüquq-mühafizə orqanlarına müüraciətlər edildiyini deyən ombudsman, qanun pozuntlarına yol verən polis işçilərinin cəzalandırıldığını bildirib.

Məhkəmə sistemindən də şikayətlərin Ombudsman Aparatına daxil olduğunu deyən E.Suleymanova, bununla bağlı Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə müraciət edildiyini qeyd edib. Onu da vurğulayıb ki, vətəndaşların obyektiv şikayətlərinə əsasən bir neçə hakim cəzalandırılıb. E.Süleymanova Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici şirkətlərdə çalışan azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində ombudsman aparatı tərəfindən qəti addımlar atıldığını bildirib.

E.Süleymanova mənzil problemi və bələdiyyələrlə icra hakimiyyətləri arasında baş verən anlaşılmazlıqlarla bağlı Ombudsman Aparatına daxil olan şikayətlərin də araşdırılıb müvafiq ölçü götürüldüyünü bildirib. Ombudmsmanın illik hesabatından sonra millət vəkillərinin çıxışları dinlənilib.

Xəbər lenti

Xəbər lenti