...

AŞPA-nın yaz sessiyasının gündəliyinə "Azərbaycanda, Ermənistanda və Gürcüstanda qaçqınlar və köçürülmüş şəxslər barədə" bəyannamə daxil edilib

Siyasət Materials 24 Mart 2006 14:12 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz plenar sessiyasının gündəliyinə "Azərbaycanda, Ermənistanda və Gürcüstanda qaçqınlar və köçürülmüş şəxslər barədə" bəyannamə daxil edilib.

Trend in verdiyi xəbərə görə, sənədin layihəsi AŞPA-nın mühacirət, qaçqınlar və əhali üzrə Komitəsinin latviyalı məruzəçisi Boris Sileviçs tərəfindən hazırlanıb.

10 835 nömrəsi altında olan sənəddə bildirilir: Cənubi Qafqaz ölkələrində qaçqınlar və köçürülmüş şəxslərlə bağlı vəziyyət bu ölkələrin iqtisadi və sosial-siyasi inkişafı, eləcə də səhiyyə sahəsində maneə olaraq qalmaqda davam edir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər hələlik səmərəli nəticə vermir. Sərhədlərdə insidentlər baş verməkdə davam edir, itkin düşənlərin taleyi isə hələ də aydınlaşdırılmaqda, mina və fuqaslar yaralanma və ölüm hallarına səbəb olmaqda davam edir. Humanitar yardımın davam etdirilməsi mühüm olaraq qalır. Bu yardım donorlar üçün daha böyük yükə çevrilməsi üzündən bu tələbatı ödəmək getdikcə çətinləşir.

Humanitar yardımın davam etdirilməsi, Ermənistan, Azərbaycan və Gürcüstandakı qaçqınların və köçkünlərin gələcəyini təmin edən beynəlxalq yardımların artırılması mühümdür. Bu qrupdan olan şəxslərin lokal inteqrasiyası ilə bağlı müəyyən müsbət anlar var ki, bu da həmin şəxslərdə şəxsi ləyaqət və gələcəyə inam hissinin bərpa olunmasına imkan verir.

Qeyd olunur ki, regiondakı bu kateqoriyadan olan şəxslərin dəqiq sayını müəyyən etmək çox çətindir. Bütün 3 dövlətin qanunları və inzibati tədbirləri həmçinin, münaqişə iştirakçılarının övladlarının "qaçqın" və ya "məcburi köçkün" kimi tanınmasına yönəlib. Bunun nəticəsində qaçqınların və məcburi köçkünlərin dəqiq sayını müəyyən etmək qeyri-mümkündür.

Bu gün Cənubi Qafqazda həmin şəxslərin əsas kateqoriyalarını Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz evlərini tərk etmiş qaçqınlar təşkil edir.

Bildirilir ki, Assambleya Cənubi Qafqazın bütün 3 dövləti tərəfindən qaçqınların ictimai həyata inteqrasiyası üzrə proqramın reallaşdırılmağa başlamasını alqışlayır. Qətnamə layihəsinin 13-cü maddəsində qeyd olunur ki, "Azərbaycanda bu kateqoriyadan olan insanları 3 kateqoriyaya ayırmaq zəruridir: Qarabağdan olan məcburi köçkünlər, respublikanın işğal olunmuş rayonlarından olan köçkünlər və beynəlxalq humanitar hüquqa görə Ermənistandan qovulan azərbaycanlı qaçqınlar".

Xəbər lenti

Xəbər lenti