...

Eldar Nuriyev: Elmar Hüseynovun qətlini araşdıran qrup Gürcüstana növbəti səfərə hazırlaşır

Siyasət Materials 24 Mart 2006 17:15 (UTC +04:00)

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdıran qrup Gürcüstan Respublikasına növbəti dəfə səfərə hazırlaşır. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası baş prokurorunun müavini Eldar Nuriyev məlumat verib.

E.Nuriyev bildirib ki, baş redaktorun qatilləri ilə bağlı həmin ölkədə araşdırmaları davam etdirmək məqsədilə baş prokuror Zakir Qaralov Gürcüstan Respublikasının baş prokuroruna təkrar müraciət edib. "Ötən il Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının Gürcüstan səfərindən əldə etdikləri materiallar təhlil olunub və həmin ölkədə araşdırmaları davam etdirmək zərurəti yaranıb. Hazırda istintaq qrupunun üzvləri Gürcüstana növbəti səfərə hazırlaşırlar. Ümid edirik ki, bu dəfəki səfər çərçivəsində də istintaqın işinə kömək edə biləcək xeyli material əldə olunacaq" - deyə E.Nuriyev söyləyib.

E.Nuriyev onu da bildirib ki, Azərbaycan hökuməti mərhum jurnalistsin qatillərinin həbs olunaraq ədalət mühakiməsi qarşısında dayanmaları üçün əlindən gələni edir.

Xəbər lenti

Xəbər lenti