...

Daxili Qoşunların komandanı Zakir Həsənov Türkiyəyə rəsmi səfər edəcək

Siyasət Materials 24 Mart 2006 18:12 (UTC +04:00)

Aprel ayının ikinci yarısında Daxili Qoşunların (DQ) komandanı Zakir Həsənov Türkiyə Respublikasına rəsfi səfər edəcək. Bu barədə Trend ə Daxili Qoşunların beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.

DQ komandanıın Türkiyəyə səfəri həmin ölkənin jandarmeriyasının baş komandanının dəvəti əsasında reallaşacaq. Səfərdə məqsəd hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq, və təcrübə mübadiləsidir.

Aprelin ilk ongünlüyündə isə Daxili Qoşunlarının zabitləri üçün təlim kursları keçirilməsi planlaşdırılıb.

Təlim kursları ATƏT-in dəstəyi ilə keçiriləcək və kurslarda DQ-nin 20-dən artıq zabitinin iştirakı gözlənilir. Kurslar alman mütəxəssislər tərəfindən keçiriləcək.

Təlim kurslarının keçirilməsində məqsəd DQ zabitlərinin təcrübə dairələrinin genişləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti