...

Sabir Rüstəmxanlı: "Şəhidlər Xiyabanı yanında soyqırım muzeyi yaradılmalıdır"

Siyasət Materials 24 Mart 2006 19:00 (UTC +04:00)

Azərbaycanda soyqırım muzeyi yaradılmalıdır. Trend xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycana gələn xarici qonaqları bu muzeylə tanış etməklə başımıza gətirilən müsibətləri onlara əyani göstərmək imkanı qazana bilərik: "Azərbaycan xalqının başına gətirilən faciələrlə bağlı sənədlər itməmiş, tarix unudulmamış belə bir muzeyin yaradılmasına böyük ehtiyac var".

Millət vəkili Azərbaycanda muzey sahəsində acınacaqlı vəziyyətin yarandığını da vurğulayaraq bildirib ki, Tarix muzeyi 10 ildir ki, təmirdədir: "Mən təklif edirəm ki, Milli Məclis 31 mart azərbaycanlıların soyqırım günü ərəfəsində Şəhidlər Xiyabanı yanında soyqırım muzeyinin yaradılması ilə bağlı qərar qəbul etsin və həyata keçirilməsi üçün müvafiq orqanlara göndərsin".

Xəbər lenti

Xəbər lenti