...

Əli Əhmədov: "Azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı işlədilən fikirlər kimlərisə qıcıqlandırmamalıdır"

Siyasət Materials 24 Mart 2006 19:37 (UTC +04:00)

Dünyanın hər yerində yaşayan hər bir azərbaycanlının azərbaycanlı kimi özünü dərk etməsi, tarixi vətəni olan Azərbaycana münasibət bildirməsi, öz hüquqlarının müdafiə olunması istiqamətində fəaliyyət göstərməsinə haqqı var. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin məlum bəyanatına münasibət bildirərkən vurğulayıb.

Ə.Əhmədov qeyd edib ki, bu hüquqların qorunması ilə bağlı işlədilən fikirlər kimlərisə qıcıqlandırmamalıdır: "Azərbaycan dövləti öz xarici siyasətini bütün dövlətlərin milli maraqlarına hörmət üzərində qurduğunu bəyan edib. Rəsmi Bakı dəfələrlə bildirib ki, heç bir xarici dövlətin daxili işlərinə qarışmır, digər dövlətlərin də Azərbaycanın daxili işlərinə qarışmamasını tövsiyə edib".

Millət vəkili onu da vurğulayıb ki, insan və vətəndaş hüquqları bu gün beynəlxalq siyasətdə önəmli yer tutduğundan hər bir səfir bu hüquqa hörmətlə yanaşmalıdır. Ə.Əhmədov qeyd edib ki, hər bir dövlət öz vətəndaşının və soydaşının hüquqlarını müdafiə etməlidir.

Xəbər lenti

Xəbər lenti