...

İlham Əliyev Aleksandr Lukaşenkonu Belarusun prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 24 Mart 2006 21:22 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkoya Belarus Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu göndərib.

Azərbaycan dövlətinin başçısı məktubda xüsusilə əminliyini bildirib ki, Azərbaycan ilə Belorus arasında dostluq münasibətləri bundan sonra da möhkəmləndiriləcək və inkişaf etdiriləcək.

Azərbaycan prezidenti öz həmkarına möhkəm can sağlığı, xoşbəxtlik və dövləti fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti