...

Türkiyədən gətirilmiş yeni gübrələr sınaqdan keçiriləcək

Siyasət Materials 25 Mart 2006 13:42 (UTC +04:00)

Bu il Türkiyədən Gəncə-Qazax zonasına hər birindən bir ton olmaqla orqanik və iopataj adlı bioloji gübrələr gətirilib.

Gəncə regional elm mərkəzində Trend in qərb bürosuna verilən məlumata görə, heç bir kimyəvi və sintetik tərkibə malik olmayan bu gübrələri sınaqdan keçirmək üçün ilk olaraq Şəmkir rayonu Dəlilər qəsəbəsindəki fermer təsərrüfalarına verilib.

Sözgedən mərkəzin direktoru Ziyad Abbasovun məlumatına görə, gübrələr kənd təsərrüfatı məhsullarının məhsüldarlığını təxminən 30% artıra bilər. Əgər bu fakt özünü təsdiq edərsə, Türkiyədən digər rayon fermerləri üçün də 5 ton həcmində əlavə gübrə gətiriləcək.

Xəbər lenti

Xəbər lenti