...

KFW Samur-Yalama Milli Parkının yaradılması" layihəsinə 2.550.000 avro ayıracaq

Siyasət Materials 27 Mart 2006 11:31 (UTC +04:00)

Almaniyanın Kreditanstalt für Viederaufbau, Frankfut am Main (KFW) qurumları Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsinə 2.550.000 avro ayıracaq. Trend xəbər verir ki, bu barədə maliyyələşmə müqaviləsinin təsdiq edilməsi üçün Azərbaycan prezidenti tərəfindən Milli Məclisə sənəd göndərilib.

Maliyyələşmə müqaviləsi Azərbaycan hökuməti ilə Almaniya hökuməti arasında maliyyə əməkdaşlığı sahəsində imzalanacaq müqaviləyə əsasən həyata keçiriləcək. Artıq bu barədə Azərbaycan Maliyyə Nazirliyi ilə Almaniyanın müvafiq orqanları arasında razılaşma əldə olunub.

Maliyyə Nazirliyi və KFW ayrıca imzalanacaq müqavilə əsasında nəzərdə tutulan maliyyə yardımı ilə maliyyələşdiriləcək proqram, mal və xidmətlərlə bağlı təfərrüatları müəyyən edəcəklər.

Xəbər lenti

Xəbər lenti