...

Gültəkin Hacıyeva: "İtkin düşən azərbaycanlılarla bağlı məruzə AŞPA-nın 2008-ci il yanvar sessiyasında müzakirəyə çıxarılacaq"

Siyasət Materials 27 Mart 2006 14:33 (UTC +04:00)

Azərbaycanda itkin düşən insanlarla bağlı hazırlanan məruzə AŞPA-nın 2008-ci il yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

Millət vəkili bildirib ki, Avropa Şurasında məruzələrin qəbul edilməsi xüsusi prosedur qaydaları ilə tənzimlənir. Müzakirəyə çıxarılacaq məruzələr kifayət qədər sanballı və hərtərəfli hazırlanmalıdır. G.Hacıyeva vurğulayıb ki, hər bir məruzənin hazırlanması üçün iki il müddət təyin olunur. Azərbaycanda itkin düşən insanlarla bağlı məruzənin hazırlanması niderlandlı millət vəkili Leo Platfoyetə 2005-ci ilin dekabrın 8-də təpşırılıb: "Onun 2007-ci ilin dekabrına kimi vaxtı var. Azərbaycanla bağlı məruzəni Leo Platfoyet AŞPA-nın yalnız 2008-ci ilin yanvarında keçiriləcək iclasında təqdim edəcək".

Qeyd edək ki, Azərbaycanda 5000-ə yaxın insanın itikn düşməsi ilə bağlı məruzənin hazırlanması üzərində iş gedir. Məruzəçi Leo Platfoyet iyunda Qırmızı Xaç Cəmiyyətinə gedəcək, iyunda isə Cənubi Qafqaza səfər edəcək.

Xəbər lenti

Xəbər lenti