...

Martın 28-də Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi elan olunacaq

Siyasət Materials 27 Mart 2006 14:36 (UTC +04:00)

Bir neçə müxalfət partiyasının iştirakı ilə martın 28-də "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi" adlı yeni siyasi qurumun təsis olunma mərasimi keçiriləcək. Bu barədə Trend ə yeni qurumun həmtəsisçisi olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

O, bildirib ki, martın 27-də təsisçi partiyalar arasında son danışıqlar aparılacaq və müzakirələr yekunlaşacaq. Martın 28-də saat 13.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin yaradılması elan olunacaq və bununla bağlı təsisçilər arasında sənəd imzalanacaq.

İqbal Ağazadə bildirib ki, sənədi imzalayan tərəflər bir sıra qarşılıqlı öhdəliklər də götürürlər. Sənəddə partiyaların birgə əməkdaşlığı, seçkilərlə və digər siyasi proseslərlə bağlı vahid mövqedən çıxış etməsi, partiyaların dövlət qeydiyyatına alınması sahəsində problemlərin aradan qaldırılmasına çalışmaq və digər məsələlər əksini tapıb.

Xəbər lenti

Xəbər lenti