...

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Siyasət Materials 27 Mart 2006 16:54 (UTC +04:00)

Azərbaycan xalqına parçalanmış xalq statusunun verilməsi üçün BMT-yə müraciət edilməlidir.

Trend xəbər verir ki, bu fikirlər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin martın 27-də keçirilən növbəti toplantısında səsləndirilib.

Toplantıda bir sıra məsələlərlə yanaşı martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının ikinci qurultayında İranda yaşayan soydaşlarımızın problemlərinin qabardılması ilə bağlı diplomatik normalara uyğun hərəkət etməyən İranın səfiri Əfşar Süleymaninin bəyanatı da müzakirə olunub. İdarə Heyətinin üzvləri qeyd ediblər ki, səfir Azərbaycan hökuməti ilə hədəylə danışdığı üçün ölkədən çıxarlımalıdır. O da vurğulanıb ki, Azərbaycan hökuməti Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyi ilə bağlı məsuliyyətdən qaçmamalıdır.

İclasda Birləşmiş Ştatlar tərəfindən "Minilliyin çağırışı" proqramı çərçivəsində işğalçı Ermənistana 235 milyon dollar vəsaitin ayrılması da müzakirə olunub. İraqda yaranmış məlum vəziyyət də müzakirə olunub. BAXCP BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan İraqa hərbi müdaxilənin əleyhinə olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti