...

Azad Rəhimov: Protokol Azərbaycan və Moldovanın inkişafında mühüm rol oynayacaq

Siyasət Materials 27 Mart 2006 19:10 (UTC +04:00)
Azad Rəhimov: Protokol Azərbaycan və Moldovanın inkişafında mühüm rol oynayacaq

Protokol Azərbaycan və Moldovanın inkişafında mühüm rol oynayacaq. Trend in xəbər verdiyi kimi, bu barədə martın 27-də gənclər və idman naziri Azad Rəhimov moldovalı həmkarı Viktor Tsvirkunla əməkdaşlıq haqqında protokolun imzalanmasından sonra bəyan edib.

Nazir qeyd edib ki, V.Tsvirkunla görüş zamanı tezliklə həyata keçiriləcək bir sıra məsələlər müzakirə olunub. Əsas vəzifələrdən biri Pekin Olimpiadasına birgə hazırlıqdır. Qeyd edək ki, 2008-ci il oyunlarının proqramına daxil edilmiş, Azərbaycanda idmanın güləş, boks, ağır atletika kimi prioritet növləri Moldovada da uğurla inkişaf etdirilir.

"Bu protokol hər iki ölkə prezidentinin qarşımıza qoyduğu planların həyata keçirilməsinə imkan verəcək təməli qoyub", - deyə V.Tsvirkun bildirib. Qonaq etiraf edib ki, Moldova nümayəndə heyəti Azərbaycanın idman və gənclər siyasəti sahəsində əldə etdiyi təcrübəyə böyük maraq göstərir. "Bizim sizdən öyrənəcəyimiz və mənimsəyəcəyimiz çox şey var", - deyə V.Tsvirkun sonda vurğulayıb.

Xəbər lenti

Xəbər lenti